Krım Rusiyanın tərkibinə daxil edildi- QƏRAR

Ukraynanın Krım Muxtar Respublikasının separatçı rəhbərliyi yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı qərar qəbul edib.

AzNews.az-ın Krım İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Ali Radanın növbədənkənar sessiyası keçirilib. Sessiyada Krımın Rusiyanın subyekti olması ilə bağlı qərar qəbul edilib. Bu qərara 78 deputat səs verib.

Həmçinin, Krımda referendum martın 16-na keçirilməsinə dair də qərar qəbul olunub. Referendumda səsverməyə muxtar respublikanın Ali Radasının qərarı çıxarılacaq.

Krım parlamenti Rusiya prezidenti Vladimir Putinə və Dövlət Dumasının Federal Məclisinə də müraciət edib. Müraciətdə Krımın Rusiya Federasiyasının subyekti olması üçün zəruri proseslərin başlanması xahiş edilib.


AzNews.az