Rus hərbçilər jurnalistləri aparan helikopteri tutdu

Rusiya hərbçiləri Krımda ukraynalı jurnalistləri gətirən helikopteri tutublar.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 11.00-da Sevastopol şəhərində yerləşən "Kruqlaya" aviazavodun ərazisində baş verib.

Eniş edən helekopter Rusiya hərbçilərinin hücumuna məruz qalıb. Jurnalistləri ərazidən çıxmasına isə imkan yaradılıb. Lakin helikopter ruslar tərəfindən ələ keçirilib.

AzNews.az