Tatar Məclisinin sədri: “Krımda referendumun keçirilməsi ağılsızlıqdır”

Krım Tatar Məclisinin sədri muxtar respublikanın separat başçılarının Rusiyaya birləşməsi qərarı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

AzNews.az-ın məlumatına görə, Krım Tatar Məclisinin sədri Refat Çubarov müraciətində beynəlxalq ictimaiyyəti Ukraynanın ərazi bütövlüyünün təmin olunması üçün təcili addımlar atmağa çağırıb.

R. Çubarov bildirib ki, Krım Ali Radasının muxtar respublikanın Rusiyaya birləşdirməsi ilə bağlı qərarının leyhinə səs verən deputatlar ağılsılıq ediblər: "Tatarlar işğal altında olan Krımda hər hansı referendumun keçirilməsini qəbul etmirlər və etməyəcəklər".

O, Krım Tatar Məclisinin referendumun qəbul edilməməsi ilə bağlı qərarı olduğunu da qeyd edib: "Nə qədər küçələrdə ağır texnika dayanıb, silahlılar nəzarət edir referendum keçirilə bilməz və bunun keçirilməsi də qanunsuzdur".

R. Çubarov deyib ki, artıq yerli icra qurumlarının rəhbərlərinə referenduma hazırlıq tapşırılığı verilib: "Krım tatarları digər xalqlar kimi yarmadada sülh və sabitliyin bərqərar olmasına çalşırlar. Hesab edirik ki, bu geniş miqyaslı təxribatdır".

AzNews.az