Ermənistan Azərbaycanı Avropa Məhkəməsinə verir

Ermənistanın "hüquqi özbaşınalığa qarşı" ictimai təşkilatı Mamikon Xocayanla bağlı Azərbaycanı Avropa Məhkəməsinə verməyi planlaşdırır.

"Qafqazinfo" xəbər verir ki, belə bir bəyanatla Ermənistanın birinci ombudsmanı, ictimai təşkilatın icraçı direktoru və əsir və girovlarla bağlı Dövlət Komissiyasının üzvü Larisa Alaverdyan çıxış edib.

Onun sözlərinə görə, bir həftə ərzində İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət ediləcək. Alaverdyan qeyd edib ki, BMT-nin imkanlarından da istifadə ediləcək və bu məsələ dünya ictimaiyyətinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Lakin Ermənistan tərəfi əsirin işgəncələrə məruz qaldığını iddia edib və Xocayanın xəstəxana palatasında çəkilən fotolarını mətbuata yayımlayıb.

AzNews.az