15:03
(077) 610-22-33

Ukraynanın Azərbaycandakı səfirliyi bəyanat yaydı

  • >
903 7 Mart 2014 09:13 | Region

Ukraynanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Bildirilir ki, Rusiya Federasiyasının BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının 3 mart iclasında Ukrayna ərazisinə qoşun yeridilməsinə sabiq prezident Viktor Yanukoviçin prezident Vladimir Putinə müraciətini əsas gətirib:

"Başqa dövlətlərin silahlı qüvvələrinin bölmələrinin Ukrayna ərazisində olması qaydası "Ukrayna ərazisində başqa dövlətlərin silahlı qüvvələrinin bölmələrinin olmasına icazə verilməsi və şərtləri qaydası haqqında" 2000-ci il 22 fevral tarixli qanunla müəyyən olunur. Məsələn, 7-ci maddəyə müvafiq olaraq, başqa dövlətlərin silahlı qüvvələrinin bölmələrinin Ukrayna ərazisinə buraxılması ilə bağlı təklifi yalnız Ukrayna Xarici İşlər Nazirliyi və Ukrayna Müdafiə Nazirliyi birlikdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının müzakirəsinə çıxara bilərlər.

Özü də göstərilən təklif onun irəli sürüldüyü vaxt adıçəkilən bölmələrin yerləşdiyi rayonlar, tapşırıqlar, onların ümumi sayı, silahların, hərbi texnikanın və s. tipləri və miqdarı barədə məlumatları ehtiva etməlidir.

Daha sonra ancaq Ukrayna prezidenti yalnız Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təklifi əsasında başqa dövlətlərin silahlı qüvvələrinin Ukrayna ərazisinə buraxılması və ya buraxılmaması barədə qərar qəbul edə bilər. Göstərilən qərar yalnız Ukrayna Ali Radası tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir (Ukrayna Konstitusiyasının 85-ci maddəsinin 23-cü bəndi).

Bəyanat AzərTAc-da yayılıb.

AzNews.az
Bağla X