10:04
(077) 610-22-33

KİV-in Yanukoviç yanlışlığı: on ilin videosu niyə indi yayılır? – Video+Foto

  • >
2 436 7 Mart 2014 10:21 | Region

Artıq iki gündür bəzi xəbər saytları və agentlikləri Ukraynanın istefaya göndərilmiş prezidenti Viktor Yanukoviçin infarkt keçirməsi və hətta ölməsi barədə məlumatlar yayır.

Məlumatı təsdiq etmək üçün isə bu saytlar və agentliklər 2014-cü il martın 3-ü tarixində "Youtube" sosial şəbəkəsinə yenidən qoyulmuş V. Yanukoviçin özündən getdiyi kadrları nümayiş etdirir. Bununla da həmin saytlar xəbərin düzgünlüyünü sübuta yetirmək istəyirlər. AzNews.az-ın məlumatına görə isə, əslində, bu video 2004-cü ilin sentyabrın 24-də çəkilib. Videoda göstərilən hadisə isə həmin vaxt prezident seçkisi kampaniyası çərçivəsində Ukraynanın İvano-Frankovski şəhərində baş verib. Seçki kampaniyası çərçivəsində həmin şəhərə gələn V. Yanukoviç etiraz əlaməti olaraq yumurta "atəşi"nə tutulub. Bu zaman V. Yanukoviç özünü piss hiss edərək, müvazinətini itirib.

V. Yanukoviçə yumurta atan şəxs isə həmin dövrdə Prikarpatskiy Universitetin iqtisadiyyat fakültəsinin 1 kurs tələbəsi, 17 yaşlı Dimitriy Romanyuk olub.


Hazırda isə D. Romanyuk "Qərbi Ukrayna" Hərəkatını təsis edərək, siyasi fəaliyyətlə məşğul olur. D. Romanyuk hadisədən bir neçə il sonra mediaya verdiyi açıqlamada bildirib ki, V. Yanukoviçə yumurta atmaqda düz hərəkət etməyib. Çünki bu sivil insana yaraşmayan hərəkətdir: "Mən Yanukoviçə yumurta atandan sonra həbs olunacağımı və universitetdən qovulacağımı düşündüm. Amma sonra Yanukoviç məni bağışladı".











Məhəmməd
AzNews.az
Bağla X