22:22
(077) 610-22-33

Yasenyukdan Putinə ismarış: “Ukrayna daha Rusiyanın filialı olmayacaq”

  • >
5 145 7 Mart 2014 14:04 | Region

"Rusiya ilə yeni münasibətlərin qurulmasına hazır olsaq da, tabeliyində olmayacağıq".

AzNews.az-ın məlumatına görə, bunu Ukraynanın baş naziri Arsen Yasenyuk mətbuat konfransında deyib.

Yasenyuk Rusiya-Ukrayna münasibətlərinin yenidən normallaşması üçün təkliflərini də irəli sürüb: "Bunun üçün Rusiya, silahlı birləşmələrini Krımdan çıxarmalı, imzaladığı öhdəlikləri və məsuliyyəti yerinə yetirməli, Krımda olan separatçıları və terrorçuları dəstəkləməməlidir. Bundan sonra Ukrayna ilə Rusiyanın yenidən normal münasibət quracağı haqda danışmaq olar".

A.Yasenyuk əlavə edib ki, artıq Ukrayna Rusiyanın tabeçiliyində olan ərazi kimi fəaliyyət göstərməyəcək: "Ukrayna daha heç vaxt Rusiyanın filialı olmayacaq. Bunu Rusiya rəhbərliyi birmənalı şəkildə anlamalıdır. Mən artıq ikinci dəfə Rusiyanın baş naziri Dimitriy Medvediyevlə telefonla danışmaq üçün müraciət göndərmişəm. Hesab edirəm ki, Dimitriy Medvediyev imkanı olan zaman biz danışa biləcəyik".

AzNews.az
Bağla X