Rusiyada təhsil alan zabitlər geri çağırıldı

Ukrayna Müdafiə Nazirliyi Rusiyada ixtisasartırma kursu keçən və təhsil alan hərbçilərini geri çağırıb.

AzNews.az-ın xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, hazırda Rusiyanın müxtəlif hərbi məktəblərində 26 ukraynalı zabit təhsil alır.

Sevastopoldakı hərbi-dəniz litseyində təhsil alan ukraynalı müdavimlərə də mövqelərini qətiləşdirmək üçün müraciət edilib.

Məhəmməd
AzNews.az