Ergenekon işində həbs edilənlər azad ediləcək - Siyahı

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan hökumətin demokratikləşmə paketi çərçivəsində həbs müddətinin 5 illik müddətə məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlandığını açıqlayıb.

"Axar.az" xəbər verir ki, bu qanun uzun müddətdir davam edən Ergenekon istintaqı zamanı həbs edilən, ancaq cəzaları dəqiqləşdirilməyən şəxslərin azadlığa çıxmalarını təmin edəcək. Qanun TBMM-də təsdiq olunub və rəsmi olaraq qüvvəyə mindikdən sonra isə azad ediləcək şəxslərin siyahısı aşağıdakı kimidir:

Jurnalist Tuncay Özkan, Tuğgeneral Vəli Kiçik, Türk Ortodoks Patriarxının spikeri Sevgi Erenerol, General Hurşit Tolon, Tuğgeneral Levent Ersöz, Şərq Perinçek, Təhlükəsizlik üzrə Xüsusi Hərəkat dairəsi rəhbəri İbrahim Şahın, İsmayıl Kar, Erhan Timuroğlu, Aykut Mətn, Kənan Özay, Səlcuq Özkan, Erkan Ayyıldız, Bədirxan Şinal və Boğaç Kaan Muratxan, yazar Ərgün Poyraz.

Ergenekon istintaqı zamanı həbs olunan, ancaq bu gün azadlığa çıxan İlkər Başbuğun işinə bu qanun heç bir təsir etməyəcək.


AzNews.az