Türkiyədə prezident seçkisinin günü açıqlanıb

Türkiyə Mərkəzi Seçki Komitəsi prezident seçkisinin tarixi ilə bağlı açıqlama yayıb.

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, seçkinin ilk turunun avqustun 10-da, ikinci turunun isə həmin ayın 24-də keçirilməsi planlaşdırılıb.

500-də çox Türkiyə vətəndaşı yaşayan ölkələrdə səsvermə iyulun 31 -dən avqustun 1-3-də keçiriləcək. Belə ölkələrin sayının 60-a yaxın olduğu bildirilib.


AzNews.az