10:22
(077) 610-22-33

Tovuzda saxlanılan erməni ilə bağlı yeni məlumatlar

  • >
1 395 8 Mart 2014 11:49 | Region

Tovuzda saxlanılan erməni barədə bəzi məlumatlar dədiqləşdirilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib.

Onun sözlərinə görə, martın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunda saxlanılan Ermənistan vətəndaşı dindirilib və haqqında bəzi məlumatlar dəqiqləşdirilib: "Məlum olub ki, bu, Xocayan Arsen Ananyayeviçdir. O, 9 mart 1991-ci il təvəllüdlüdür. Ermənistanın Tavuş vilayəti, Berd rayonu Varin Qarmir Axbuyur (tərcümədə - yuxarı qırmızı bulaq) kəndinin sakinidir. Özünün dediyinə görə, Azərbaycan tərəfə özü də bilmədən qoyunlarını axtararkən keçib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır".

Qeyd edək ki, Ermənistan vətəndaşı A.Xocayan 7 mart 2014-cü tarixdə Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, Xocayan Arsen Ananyayeviçin bu il yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndində saxlanılmış, martın 4-də isə Ermənistana qaytarılmış Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin qohumu olduğu ehtimal edilir.

Onu da əlavə edək ki, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də öz mandatına uyğun olaraq saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir.

AzNews.az
Bağla X