Rusiya Qarabağ erməni dəsdəsini Krıma göndərdi - ŞOK

"Qarabağ ermənilərindən ibarət dəstə Krım hökuməti leyhinə vuruşur".

"Axar.az" xəbər verir ki, bu informasiyanı krımlılar öz Feysbuk səhifələrində yazıblar

Krımlılar Qarabağ erməniləri ilə yanaşı sibirlilərin, Çeçenistan müharibəsi zamanı döyüşmüş müxtəlif rusların Simferopol küçələrində dolaşdığını yazıblar. "Simferopol küçələrinə diqqətlə baxsan burada hər kəsi görərsən. Qarabağ erməniləri, sibirlilər, kazaklar, çeçen müharibəsinin iştirakçısı olan ruslar. Bunların hər biri Rusiya tərəfindən bura göndərilib. Onların Krımın hazırkı hökumətinin tabeliyində yaradılacaq orduya üzv edilmələri planlaşdırılır".

Qeyd edək ki, Krım Ukrayna mərkəzi hakimiyyətinə tabe olmadığını bəyan edib.


AzNews.az