Təbrizdə zəlzələ olub


İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinə təsadüf edib.

3.5 bal gücündə olan zəlzələ martın 9-da Bakı vaxtı ilə saat 10:34-də yerin 17 km dərinliyində meydana gəlib. Təbii fəlakət Təbrizdən 8 km, Basmancdan 13 km və Xacədən 19 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

AzNews.az