Soyuq müharibə başladı: Ukraynada rus casusu tutuldu


Ukraynada Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan şəxs saxlanılıb.

AzNews.az-ın məlumatına görə, casusluqda ittiham edilən şəxs rusların çoxluq təşkil etdiyi Donbas vilayətinin mərkəzi şəhəri olan Donetskidə tutulub.

Bununla bağlı Ukrayna daxili işlər naziri Arsen Avakov öz "Facebook" səhifəsində yazıb.

A.Avakov bildirib ki, əməliyyatı milislə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə həyata keçirib. İlkin dindirmə zamanı şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyi məlum olub.

AzNews.az