Stanislav Tarasov: “Kürd dili ikinci dövlət dili kimi qəbul oluna bilər” Stanislav Tarasov: “Kürd dili ikinci dövlət dili kimi qəbul oluna bilər”

Ərəblər döyüşür, Türklər arzulayır, Kürdlər isə qazanırlar!

Stanislav Tarasov: “Kürd dili ikinci dövlət dili kimi qəbul oluna bilər”


"Ərəb baharı" hələ ki, hakimiyyətdən uzaqlaşdırılmış köhnə rejimlərin yerində "demokratiya çiçəyinin" pöhrələnməsinə yox, bu ölkələrin dağılmasına gətirib çıxarır. Bu fikirləri "Qolos Rosiya" radiostansiyasına müsahibəsində "Yaxın Şərq və Qafqaz" mərkəzinin direktoru, türkoloq Stanislav Tarasov səsləndirib.

O, bildirib ki, Misir Sinay yarımadası üzərində nəzarəti itirir, Liviya isə 3 hissəyə bölünüb. Suriya böhranı isə böyük ehtimalla ölkələrin parçalanmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, İraqda olduğu kimi, Suriyanın da şimalında Kürd muxtariyyəti yarana bilər, çünki adminstrativ hakimiyyət şimal rayonlarında 11 partiyadan ibarət Kürd Milli Şurasına keçib. Türkiyənin Suriya böhranına qoşulması da çox ciddi şəkildə bu prosesləri gücləndirir. Prosesin əvvəlində Suriya Kürdləri ilə İraq kürdləri birgə hərəkət edirdilər. Artıq Türkiyə kürdləri də bu prosesə qoşulub. Türkiyə ərazisində kürdlərin aktivləşməsi, terror aktlarının çoxalması bunun əyani sübutudur.

Kürdlər Türkiyədə azlıq hesab edilsələr də, onlar ölkə daxilində muxtariyyət tələb edirlər. Bundan əlavə onlar Türkiyənin Avropa birliyinə daxil olma şərtlərindən biri kimi, kürd məsələsini irəli sürməyə nail olublar.

Düzdür, Türkiyə kürd problemini danışıqlar yolu ilə həll etməyə çox can atdı. Məqsəd belə idi ki, kürd elitasını nəzarətdə saxlasınlar, onların qloballaşmasına şərait yaradılmasın, problemin siyasi partiyalar səviyyəsinə qalxmasına və siyasiləşməsinə imkan verilməsin. Ancaq görünən odur ki, proses tərsinə cərəyan edir və artıq hətta Ərdoğanın partiyasında belə, kürd əsilli millət vəkilləri var. Bütün bu vəziyyəti nəzərə alan Ədalət və İnkişaf partiyasında hesab edirlər ki, kürd problemi ölkənin ərazi bütövlüyü daxilində həll olunmalıdır. Onlar hesab edirlər ki, müstəqil Kürdistanın yaranmasındansa onlara mədəni muxtariyyət verilməsi daha əlverişli ola bilər. Kürd dili ikinci dövlət dili kimi qəbul oluna bilər.

Kürdcə dərsliklər çap olunar və s. Ancaq bununla belə, hadisələrin inkişafında fərqli ssenarilər həmişə olub. 2011-ci ilin oktyabrında Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başladı. Məqsəd PKK-nın düşərgələrini məhv etmək idi. Ancaq İraqın şimalında yaranmış kürd hökuməti böyük güclərin dəstəyi ilə irəliyə doğru addımlar atdı. Barzani Amerika səfərindən sonra, yeni proyektlə bölgəyə gəldi.

Onun ilk nəticəsi isə, Suriya kürdlərinin prosesə qoşulması oldu. Bu isə bir daha göstərdi ki, Kürdlər və kürd dövlətinin yaradılması dünya güclərinin maraq dairəsindədir. Barzani artıq bütün kürdlərin lideri kimi davranır və siyasət yürüdür. Misal olaraq isə, onun Türkiyə kürdlərinə silahı yerə qoyun göstərişi ola bilər. Hadisələrin inkişafı isə başlığı həqiqətən də doğruldur. Ərəblər döyüşür, Türklər arzulayır, Kürdlər isə qazanırlar!

Sadiq
AzNews.az