03:04
(077) 610-22-33

Erməni deputat: “Ermənistan müstəqilliyini itirə bilər“

  • >
559 11 Mart 2014 19:15 | Region

"Dünyada mürəkkəb geosiyasi proseslər gedir. Dünyanın xəritəsi yenidən çəkilə bilər. Bu geosiyasi proseslər Ermənistana da təsir edəcək".

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Aleksandr Arzumanyan deyib. O bildirib ki, Ermənistan regionda Rusiya hərbi bazalarının yerləşdiyi yeganə ölkədir və yalnız Ermənistan Kollektiv Təhküləsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Onun sözlərinə görə, qeyd edilən iki faktor Ermənistanın suverenliyini, müstəqilliyini təhlükə altına atır.
"Ona görə də Ermənistan KTMT-yə üzv olması ilə bağlı şərtlərə yenidən baxmalıdır. Bundan başqa Rusiya hərbi bazalarının ölkədə yerləşdirilməsi məsələsi yenidən gündəmə gətirilməlidir. Əks halda Ermənistan müstəqilliyini tamamilə itirə bilər", deyə Aleksandr Arzumanyan bildirib.

Deputatın fikrincə, rəsmi İrəvan Ermənistan – NATO münasibətlərini dərinləşdirməlidir: "Yalnız bundan sonra Ermənistan regionda və beynəlxalq arenada tam müstəqil dövlət kimi tanına bilər".


AzNews.az
Bağla X