Valentina Matviyenko qərb ölkələrini “vəhşi“ adlandırdı

"Rusiya Qərb ölkələrinin sanksiyalarından qorxmur".

Bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib və bildirib ki, o, Qərb ölkələrinin onun haqqında viza sanksiyası tətbiq etməsi xəbərindən qorxmur.

ANS PRESS-in məlumatına görə, bu barədə İnterfax agentliyi xəbər yayıb.

"Şəxsən mən viza sanskiyasından qormuram. Hesab edirəm ki, Rusiya məmurlarına qarşı qoyulan bu qadağa qərbin vəhşiliyidir. Onlar bilməlidir ki, hər bir məmur harasa gedəndə öz vəzifə borcunu yerinə yetirir", - deyə Matviyenko "Rossiya 24" telekanalına verdiyi müsahibəsi zamanı bildirib.

Matviyenko əlavə edib ki, Avropa Birliyinin və qərbin digər ölkələrinin Rusiya məmurlarına qarşı tətbiq edəcəyi sanksiya həyata keçərsə, biz öz vətənimizin kurort mərkəzlərində dincələcəyik.

"Rusiyada dincəlmək üçün çox gözəl kurort mərkəzləri var. Onların sayı o qədər çoxdur ki, sadalamaqla bitən deyil. Biz dincəlmək üçün Soçiyə gedəcəyik", - deyə Rusiya Federasiya Şurasının sədri bildirib.

AzNews.az