18:05
(077) 610-22-33

Ştefan Füle: “Avropa sərhədləri ciddi təhdid altındadır”

  • >
730 12 Mart 2014 16:30 | Region


"Rusiyanın Ukraynadakı hərəkətləri Avropa sərhədlərinin toxunulmazlığına dair Helsinki razılaşmasına ciddi təhdiddir".

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Krım Muxtar Respublikasında martın 16-da keçiriləcək referendumda səsverməyə çıxarılan məsələlər nəinki Ukrayna Konstitusiyasına, həmçinin ölkələrin ərazi bütövlüyünün təmini ilə bağlı beynəlxalq qanunlara qarşı da saymamazlıqdır: "Baş verənlər Avropa ölkələrinin sərhədlərinin stabilliyinə təhdid xarakteri daşıyır. Avropa İttifaqı Krımda təyin olunan bu referendumu qanunsuz, bunun nəticələrini isə qəbuledilməz hesab edir".

Ş. Füle vurğulayıb ki, Rusiyanın başqa bir ölkənin ərazisini özünə birləşdirməsini təqdir edən qanunları belə asanlıqla qəbul etməsini təəccüblə qarşılayır: "Avropa liderlərinə müraciət edərək, bildirirəm ki, Rusiyanın belə səhv addımlar atmasına imkan yaratmayın. Ruslara belə səhv addımlar atmasının qarşısını alın".

O, Avropanı Ukraynaya bu çətin vəziyyətdə dəstək olmağa da çağırıb.

AzNews.az
Bağla X