05:54
(077) 610-22-33

Fətullah Gülənin hazırlıq kursları bağlandı

  • >
2 961 13 Mart 2014 09:25 | Region

Türkiyə Prezidenti Abdullah Gül ölkədə ali məktəblərə daxil olmaq üçün özəl hazırlıq kurslarının bağlanması haqqında qanunu təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Martın 1-də Türkiyə parlamenti özəl hazırlıq kurslarının bağlanması haqqında qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il sentyabrın 1-dən Türkiyədə bütün özəl hazırlıq kursları bağlanacaq.

Qanun layihəsi ölkə parlamentinə bu il fevralın 7-də təqdim edilib.

Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan özəl təhsil müəssisələrinin bağlanması haqqında bəyanatla çıxış etmişdi.

Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, 2013-cü ildə il ərzində Türkiyədə 3 640 özəl təhsil müəssisəsi fəaliyyət göstərib.

AzNews.az
Bağla X