21:05
(077) 610-22-33

1,4 milyon iranlı ABŞ-a sığınıb

  • >
408 27 Avqust 2012 11:19 | Region

İranın Əhalinin Qeydiyyatı Qurumu ölkə vətəndaşlarının daha çox mühacirət etdiyi ölkələrin siyahısını açıqlayıb. Qurum sədrinin sənədlərlə iş üzrə müavini Möhsün Kərəmi bildirib ki, son iki ildə ABŞ iranlıların ən çox mühacirət etdiyi ölkədir.

Qeyd edək ki, İranla ABŞ arasında soyuq münasibətlər davam edir və bu münasibətlərin hətta müharibə səviyyəsinə çatma ehtimalı var. AzNews.az-ın "İLNA" xəbər agentliyinə istinadən məlumata görə, iranlı mühacirlərin sığındığı ikinci ölkə Birləşmiş Ərəb Əmirlikləridr. ABŞ-a mühacirət edən iranlıların sayı 1.4 milyon nəfər, BƏƏ-yə üz tutanların sayı isə 800 min nəfərdir.

Bundan başqa Britaniya və Kanadada 410 min iranlı mühacir var. İranlıların getdikləri digər ölkələr arasında Almaniya, Fransa, İsveç, Avstraliya, Türkiyə, Hollandiya, Maleziya, Hindistan və Belçika fərqlənir. İranlı mühacirlər əsasən siyasi mühacir hesab edilir. Mühacirlər arasında öncəlik İran İslam İnqilabından sonra yeni sistemin ağır şərtlərinə dözməyərək ölkəni tərk edənlərdədir. İkinci yerdə inqilab dövründə çalışan, ancaq yeni sistemdə incidilən kadrlar durur.

İranlı mühacirlərin bir çox hissəsi isə bu ölkədə yaşayan etnik qrupların nümayəndələridir. Azərbaycan türkləri, kürdlər, bəluçlar, ərəblər və digər xalqların nümayəmdələri hakimiyyətin ayrı- seçkilik siyasətinə dözə bilmədiyindən vətəni tərk edərək xarici ölkələrə üz tuturlar.

Alpər
AzNews.az
Bağla X