19:49
(077) 610-22-33

Türkiyədə etiraz aksiyasında bir polis öldürüldü, iki nəfər yaralandı

  • >
844 13 Mart 2014 10:32 | Region


Dünən Türkiyədə Berk Elvanın ölümü ilə əlaqədar baş verən etiraz hadisələri zamanı Tunceli şəhərində bir polis məmuru şəhid olub, İstanbulda isə bir nəfər öldürülüb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis məmuru 30 yaşlı Əhməd Küçüktağ atılan qaz bombaları nəticəsində boğulub.

İstanbul Kurtuluş məhəlləsində isə aksiyalar zamanı məhəllə sakinləri ilə etirazçılar arasında mübahisə yaranıb. Mübahisə böyüyərək qarşıdurmaya səbəb olub. Qarşıdurma zamanı etirazçılardan biri odlu silahdan atəş açaraq məhəllə sakini Burak Canı öldürüb, iki nəfəri isə yaralayıb.

Elman
AzNews.az
Bağla X