Türkiyə mətbuatı Fətullah Gülənin Azərbaycana ayırdığı pullardan yazdı - SİYAHI

Türkiyənin nüfuzlu "Axşam" qəzeti və ölkənin əsas oxucu kütləsini özündə cəmləşdirən internet saytları Fətullah Gülənin Azərbaycana ayırdığı pullardan yazıb.

AzNews.az xəbər verir ki, Türkiyə mediasında yayılan xəbərdə Mustafa T. adlı Azərbaycanda yaşayan imamın 2013-cü ildə Fətullah Gülənin Pensilvaniyadakı qərargahına göndərdiyi hesabatın təfərrüatları yer alıb.

Türk həmkarlarımızın yayımladığı hesabatın tərcüməsini oxucularımıza təqdim edirik.

Türkiyəyə pul transferi mümkünsüzdür

Mustafa T. adlı türk vətəndaşının Fətullah Gülənə göndərdiyi hesabatda deyilir:

"Sözügedən məbləğin Türkiyəyə transferində ciddi sıxıntılar yaşayırıq. Daha öncə əməkdaşlıq etdiyimiz banklar böyük miqdarda həyata keçirmək istədiyimiz pul transferini qəbul etmirlər. Bu vəziyyətin Türkiyədəki məlum olaylar səbəbi ilə meydana gəldiyini düşünürük. Bu mövzuda yoldaşlarımızla məsləhətləşərək, bununla əlaqədar məlumatları sizə çatdırmaq qənaətinə gəldik. Yaranmış vəziyyətlə əlaqədar sizin bizə verəcəyiniz məsləhətləri və əmrləri gözləyirik".

"Dövlətə aid qurum və qurluşlardakı dostlarımız üçün aylıq 3 milyon 565 min dollar sərf edilir. Azərbaycandakı nüfuzlu insanlara verilən hədiyyələrin 729 min dollar dəyərindədir",- deyə Mustafa T. bildirir.

"Allahdan sizə sağlıq və şəfa diləyirəm. İnşallah kefiniz yerindədir. Dualarınızla bizi unutmamağınızı təmənna edirəm. Mənə çatdırılan tələbinizə uyğun olaraq, Azərbaycanda 2013-cü ilə aid maliyyə mühasibat uçotunu diqqətinizə çatdırmaq istəyirik. Azərbaycanda hizmət hərakatımıza aid qurumlardan 2013-cü ildə daxil olan məbləğ 53 milyon USD təşkil etməkdədir. Bu məbləğdən hizmət hərəkatımıza aid aşağıdakı qurum və quruluşlara ötürülmüş maddi vəsaitlər belədir:

Xəzər TV və Bürc FM – 2 milyon dollar
Araz kursları – 765 min dollar
Hizmət hərəkatımıza təşviqlə əlaqədar olaraq kitab, dərgi, broşür və digər vasitələr üçün – 367 min dollar
"Zaman Azərbaycan" qəzetinin çap, yayım və paylanılması üçün əlavə ödəniş – 413 min dollar
Hizmət hərəkatımızı anladan simpozium, konfrans, toplantı və digər şeylər üçün – 210 min dollar
"Çağ Öyrətim" işlətmələrinə əlavə büdcə olaraq – 8 milyon 435 min dollar
Azərbaycan nüfuzlu şəxslərə təqdim edilmiş hədiyyələr üçün – 732 min dollar
Azərbaycanın müxtəlif bölgələrin imam dostlarımız və camaatın xərcləri üçün – 184 min dollar
Dövlətə aid qurum və quruluşlardakı dostlarımız üçün aylıq əlavə xərclər üçün – 3 milyon 565 min dollar
Müxtəlif xarici səyahətlər, xaricdəki işlər üçün – 165 min dollar

Xatırladaq ki, türk mətbuatının yayımladığı anoloji hesabat bir müddət əvvəl Azərbaycan mətbuatında da yer alıb və geniş rezonans doğurub. Həmin vaxt qarşı tərəf bu hesabatın saxta olduğunu bildirmişdi. Lakin Türkiyənin nüfuzlu qəzet və saytlarının bu hesabatı yayması, Fətullah Gülənin bu qədər vəsait ayırması faktını bir daha təsdiqləyir.



İlqar
AzNews.az