06:30
(077) 610-22-33

Avropa Parlamenti qətnamə qəbul etdi: “Rusiya ilə əlaqələr dayandırılsın”

  • >
2 771 13 Mart 2014 17:01 | Region

Avropa Parlamenti (AP) Rusiya ilə əlaqələrin dayandırılması ilə bağlı qətnamə qəbul edib.

AzNews.az-ın məlumatına görə, qətnamədə Rusiya Dövlət Duması və Federasiya Şurası ilə əlaqələrin dayandırılması məqsəduyğun hesab edilib.

Qətnamədə qurumun prezidenti Martin Şulça da müraciət edilərək, əlaqələrin Ukraynanın ərazi bütövlüyü təmin olunana və Rusiya hərbi birləşmələrinin Krımı tərk etməyənə qədər bərpa edilməməsi xahiş edilib.

Xatırladaq ki, Krımın separatçı rəhbərliyi rusiyameyilli siyasət yürüdərək, Ukraynanın tərkibində olan yarmadanın Rusiya Federasiyasına birləşdirilməsinə dair qərar qəbul ediblər. Həmçinin, Rusiya bu maraqlarının təmin olunması üçün Krıma hərbi birləşmələrini yerləşdirib.

AzNews.az
Bağla X