Rusiya hərbi təyyarələrini Belarusa göndərib

Rusiya Hərbi Hava Qüvvələrinin 6 Su-27 və 3 hərbi nəqliyyat təyyarəsini Belarusa göndərilib.

Rusiyanın hərbi hava texnikası Belarusun "Bobruysk" aerodromuna yerləşdirilib. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan daha 15 hava texnikasının göndərilməsini xahiş edəcəyini bəyan edib.

Belarus Müdafiə nazirliyi bəyan edib ki, Rusiya hərbi hava texnikasının ölkəyə göndərilməsində məqsəd yanvar ayından ölkədə Silahlı Qüvvələrin döyüş hazırlığının yoxlanılması ilə bağlı təlimlərin keçirilməsidir.

Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, təlimlərin ikinci mərhələsində Hava Hücumundan Müdafiə üzrə Vahid regional sistemin icrasına hazırlıq işləri yoxlanılacaq.(ANS)