21:27
(077) 610-22-33

Valentina Matviyenko: “Rusiyanı heç kim qorxuda bilməz”

  • >
596 13 Mart 2014 19:07 | Region

"Rusiyanı heç kim nə hədələyə, nə də qorxuda bilər".

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, bildirib ki, Ukrayna məsələsi Rusiyanın iştirakı olmadan həllini tapa bilməz.
"Rusiya Ukraynadakı vəziyyətin həlli yolunu tapmaq üçün ABŞ və Avropa Birliyi ilə danışıqları davam etdirir və etdirəcək. Rusiya ilə Ukrayna arasında sərhədin uzunluğu 2 min kilometrdir. Ukraynadakı qeyri-stabil vəziyyət Rusiyaya da keçə bilər. Ona görə də rəsmi Moskva Ukraynadakı vəziyyətin daha da dərinləşməsinə icazə verməyəcək. Nədənsə bir çoxları ABŞ-ın bölgədə geosiyasi maraqlarını qəbul etmək istəmir", deyə Valentina Matviyenko bildirib.

Matviyenkonun sözlərinə görə, ABŞ Ukrayna kartından istifadə edərək NATO qüvvələrini Rusiya sərhədlərinə bir az da yaxınlaşdırmaq istəyir: "Halbuki SSRİ dağılarkən qərb ölkələri zəmanət vermişdi ki, NATO qüvvələrinin Rusiya sərhədlərinə yaxın buraxılmasına imkan verməyəcəklər. İndi isə qərb siyasi ikiüzlülük edir".(ANS)
Bağla X