23:37
(077) 610-22-33

İran din xadimləri İlaxır Çərşənbəyə qarşı

  • >
643 13 Mart 2014 22:53 | Region

İrandakı din xadimləri hər il İlaxır Çərşənbəyə qarşı çıxışlar edir, onu "İslama qarşı" törən kimi dəyərləndirirlər.

"Mediaforum"un məlumatına görə, Tehran cümə namazının rəhbəri ayətullah Abdulla Cavadi - Amoli İlaxır Çərşənbə mərasiminə qarşı çıxıb.

Martın 12-də "Quran" təfsiri dərsində çıxış edən Cavadi -Amoli deyib ki, İlaxır Çərşənbədə tonqal qalayıb üstündən tullanmaq, taraqqa partlatmaq şəriətə ziddir: "İlaxır Ççərşənbə mərasimi əql və şəriətə zidd olan mənasız bir mərasimdir. Tonqal qalamaqla, taraqqa partlatmaqla yanğına, başqalarının xəsarət almasına səbəb olan adamlar bütün bunlara görə məsuliyyət daşıyırlar. Bünövrəsi qədim zamanlarda qoyulmuş İlaxır Çərşənbə mərasimi puçdur, günahdır. Hesab edirəm ki, ruhanilər ictimaiyyəti, o cümlədən şagirdləri axır çərşənbə mərasiminin ziyanı ilə tanış etməlidirlər".

Xatırladaq ki, ötən həftə, martın 7-də Tehranın cümə namazının imam cüməsi ayətullah Məhəmmədəli Müvəhhidi - Kirmani xütbəsində İlaxır Çərşənbədən də danışıb.

O, İlaxır Bayramla bağlı törənə qarşı çıxdığını bildirib: "Qarşıdan iyrənc axır çərşənbə gəlir. Valideynlər bu mərasimdə od yandıran, taraqqa partladan uşaqlarına nəsihət verməli, bunun ziyanlı tərəflərini onlara izah etməli və övladlarını bu ziyanlı işdən çəkindirməlidirlər".

Qeyd edək ki, ötən illərdə Tehranın belə çıxışına etiraz ediləndə, İran rəsmiləri etdikləri təhrifə don geyindirmək üçün məsələni Novruz Bayramı ilə ötr-basdır etməyə çalışmışdı. Tehran təmsilçiləri bildirmişdi ki, İranda "Novruz Bayramı qadağan edilməyib" . Halbuki onda etirazlar Tehranın İlaxır Çərşənbəyə təhrifedici münasibəti ilə bağlı idi.


AzNews.az
Bağla X