05:16
(077) 610-22-33

Putinlə Həsən Ruhani razılığa gəldi

  • >
906 14 Mart 2014 08:11 | Region

Rusiya prezidenti Vladimir Putin və İran rəhbəri Həsən Ruhani telefon danışığında İranın nüvə proqramı üzrə fikir mübadiləsi aparıblar, Rusiya lideri "altılıqla" danışıqlarda Tehranın yanaşmasını müsbət qiymətləndirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Kremlin mətbuat xidməti bildirib.

Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəlikdə olan aktual məsələlər müzakirə olunub. Belə ki, Putin və Ruhani ümumi layihələrin ardıcıl reallaşdırılmasını əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.

"Fikir mübadiləsi zamanı Vladimir Putin İranın nüvə proqramına dair "altılıqla" danışıqlarda Tehranın konstruktiv yanaşmasını müsbət qiymətləndirib", - mətbuat xidmətinin məlumatında deyilir.

Bundan başqa, dövlət başçıları beynəlxalq və regional məsələlər üzrə, o cümlədən növbəti Xəzər sammitinin hazırlanması ilə bağlı fəal dialoqu davam etdirmək razılığına gəliblər.

AzNews.az
Bağla X