Rusları “gömrük birliyi”, Ukraynanı isə “ucuz qaz” maraqlandırır Rusları “gömrük birliyi”, Ukraynanı isə “ucuz qaz” maraqlandırır

Putinlə Yanukoviç razılaşmadı

Rusları “gömrük birliyi”, Ukraynanı isə “ucuz qaz” maraqlandırır



Ukrayna və Rusiya prezidentlərinin Soçi görüşü nəticəsiz qalıb. AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, tərəflər qaz məsələsində razılığa gələ bilməyiblər. Məlumatı hər iki ölkənin Energetika nazirliklərinin təsdiqlədiyi bildirilir.

Verilən məlumata görə, Soçi görüşünün sonunda tərəflər qaz məsələsini müzakirə ediblər. Ukrayna prezidenti Yanukoviç məyus halda bildirib ki, "qaz məsələsi iki ölkə münasibətlərində həssas məsələ olaraq qalır və qalmaqda davam edəcək". Bu fikirlərdən sonra hər iki prezident danışıqları bağlı qapılar arxasında davam etdiriblər və razılığa gəlinməsi ilə bağlı KİV-lərə hər hansı məlumat verilməyib.

Kremldən məlumatlı mənbə isə "Kommersantı –Ukrayna" ya bildirib ki, tərəflər qaz məsələsini bağlı qapılar arxasında geniş müzakirə ediblər, amma hər hansı razılığa gəlinməsi ilə bağlı fikir söyləmək inandırıcı deyil. Eyni fikirləri Ukrayna Energetika nazirliyindən də bildiriblər və əlavə ediblər ki, qaz sahəsində konkret razılaşma əldə olunmayıb " Biz ümid edirdik ki, qaz nəqliyyatı sistemi ilə bağlı konsorsium yaratmaqla qiyməti aşağı sala bilərik, amma Rusiya tərəfi daha çox siyasi məsələ olan "gömrük ittifaqı"nın üzərində durdu".

Ukrayna Energetika Nazirliyindən həmçinin, bildirilib ki, bu qış onlar Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaltmaq və bəzi sahələrdə qazı kömürlə əvəzləmək niyyətindədirlər.

Xatırladaq ki, Ukrayna Prezidenti ölkənin müstəqilliyinin 21-ci ildönümü ilə əlaqədar çıxışında bildirmişdi ki, ölkənin böyük enerji potensialı var və onlar xarici təchizatçılardan asılılığı azaltmaq niyyətindədirlər.

Sadiq
AzNews.az