Neftayırma Zavodunda güclü partlayış

Avqustun 26-da axşam saat 19.53 dəqiqədə Təbriz Neftayırma Zavodunda güclü partlayış baş verib. Partlayşdan sonra ətrafı qatı tüstü bürüyüb. Partlayışın şiddətindən ətrafdakı binaların şüşələri sınıb.

Yerli mətbuatın partlayşla bağlı məlumatları yaymamasının səbəbinin İranda Qoşulmayanların Sammiti ilə bağlı iştirakçılar və əhali arasında qorxu yaratmamaq olduğu bildirilir. Partlayışda tələfat və ya xəsarət alanlar barədə məlumat yoxdur.


Alpər
AzNews.az