Rusiyanın qoşunlarını geri çəkməsi üçün - 3 ŞƏRTİ

Rusiya Ukraynaya hərbi müdaxilədən imtina etmək üçün güzəştə getməyə hazırdır. Lakin rəsmi Moskva Ukraynada prezident seçkilərinin vaxtının dəyişdirilməsini tələb edə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı iddia edib.
İddiaya görə, martın 5 də Parisdə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Lavrov 3 tələblə çıxış edib.

1.Ukraynada prezident seçkilərinin vaxtı dəyişdirilsin.
2.Ukrayna NATO-ya daxil olmaq fikrindən daşınsın.
3.Rəsmi Kiyev Avropa Birliyi ilə Assosiasiya haqda sazişin imzalanmasından imtina etsin.


"Rusiya Krımda "kobud rəftar" etməklə Ukraynada mayda keçiriləcək prezident seçkilərini ləğv etmək istəyir. Putin çox yaxşı başa düşür ki, prezident seçkiləri keçirilsə, ya Kliçko, ya da Poroşenko qalib gələcək. Bu siyasilər isə Kremlin nəzarəti altında deyil. İkisindən biri hakimiyyətə gəlsə, Ukrayna mütləq Avropa Birliyi ilə Assosiasiya haqda sazişi imzalayacaq, NATO-ya üzv olacaq. Putin isə bunu istəmir", deyə mətbuat iddia edib.


AzNews.az