15:08
(077) 610-22-33

Tutulan azərbaycanlı fəal “yoxa” çıxıb

  • >
802 14 Mart 2014 20:09 | Region

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Əkbər Azadın taleyi naməlum olaraq qalır.

"Media forum"– un məlumatına görə, azərbaycanlı fəal tutulandan az sonra ailəsinə zəng vurub Tehranın Evin zindanında saxlandığını bildirib, amma həbsxana rəsmiləri bunu inkar edir. Görüş üçün dəfələrlə zindana getmiş ailə üzvlərinə Əkbər Azadın orada saxlanmadığını bildirirlər.

Belində və dizindəki ağrılardan əziyyət çəkən azərbaycanlı fəalın taleyinin naməlum olması ailə üzvlərinin ciddi narahatlığına səbəb olub.

ETTELAAT əməkdaşları və polis qüvvələri fevralın 21-də Tehran yaxınlığındakı Nəsimşəhr şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən dinc toplantıya hücum çəkib. Onlarla şəxs tutularaq bilinməz istiqamətə aparılıb. Tutulanlardan biri də Əkbər Azaddır.

AzNews.az


Bağla X