Ərdoğan Krım tatarlarının lideri ilə görüşdü

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğlunu qəbul edib.

Trend-in verdiyi məlumata görə, görüşdə Krımdakı son vəziyyət müzakirə olunub, M.Ə.Krımoğlu muxtar respublikadakı son hadisələr barədə Baş nazirə məlumat verib.

R.T.Ərdoğan yaşanan hadisələrdən və artan gərginlikdən narahat olduğunu deyərək, Krımda qarşıdurma olmaması və Krım tatarlarının zərər görməməsi üçün Türkiyənin böyük səy göstərdiyini vurğulayıb.

Baş nazir Türkiyənin Ukraynanın müstəqilliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunması üçün sıx diplomatik fəaliyyət göstərdiyini deyib.

AzNews.az