Ukrayna müharibəyə hazırlaşır- SƏFƏRBƏRLİK

Ukrayna Ali Radası səfərbərlik və qoşunların hərbi hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı dövlət başçısının əmrini təsdiq edib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, parlamentin bu gün keçirilən plenar iclasında ölkə prezidentinin müvəqqəti vəzifəsini icra edən Aleksandr Turçinovun səfərbərlik və qoşunların hərbi hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı əmrinin təsdiqinə deputatların 275-i səs verib.

Əmrdə o da qeyd olunub ki, Krım əhalisi səfərbərlik prosesində könüllü qayda da iştirak edə bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy iclasda çıxışı zamanı deyib ki, səfərbərlik zamanı 20 min şəxsin silahlı qüvvələrə, 20 min nəfər isə yeni yaradılan Milli Qvardiyaya xidmətə cəlb olunacaq.

Aleksandr Turçinov isə bildirib ki, səfərbərlik zamanı xidmətə ilk olaraq, ehtiyyatda olan hərbçilər çağırılacaq.

Səfərbərlik prosesi 45 gün ərzində yekunlaşdırılmalıdır.



AzNews.az