18:32
(077) 610-22-33

“Krımdakı referendum “domino effekti“ verə bilər“- Davudoğlu

  • >
815 17 Mart 2014 14:39 | Region

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krımda martın 16-da keçirilən referendumun bölgədə "domino effekti" verə biləcəyini bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
XİN rəhbərinin sözlərinə görə, 1990-cı illərdə başlayan, daha sonra dondurulmuş münaqişə statusu alan münaqişələr var.

Ə.Davudoğlu onu da qeyd edib ki, Ankara heç bir halda Krımda keçirilən referendumun nəticələrini qəbul etmir.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Ankaranın Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırdığını bəyan edib. Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır.

Martın 16-da Krımda keçirilən referenduma gəlincə, Ə.Davudoğlu deyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir.
Xatırladaq ki, bazar günü Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.

AzNews.az
Bağla X