21:50
(077) 610-22-33

Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

  • >
450 17 Mart 2014 18:30 | Region

Ermənistan Politoloqlar İttifaqı siyasi repressiyalarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bu barədə News.am İttifaqın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir: "Artıq iki ildən çoxdur ki, cinayət axtarışı görüntüsü altında həyata keçirilən və 2012-ci il parlament seçkilərində İttifaqın sədrinin iştirakından "Çiçəklənən Ermənistan" partiyasının siyahıları üzrə başlayan siyasi təqiblər Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Hovannisyanın deputat mandatından imtinasına səbəb oldu, təşkilatın mərkəzi ofisinin girişinin dağıdılması ilə yadda qaldı".

İttifaqdan bildirirlər ki, bu hadisə "növbəti dəfə hakimiyyətin Ermənistanda ictimai-siyasi fəaliyyətə nəyin bahasına olursa-olsun nəzarət etmək cəhdini aşkara çıxarır".

AzNews.az
Bağla X