15:06
(077) 610-22-33

“Əliyev Gülənin əsas adamını vəzifədən azad etdi” – Türkiyə mətbuatı

  • >
2 932 17 Mart 2014 17:18 | Region

Elnur Aslanovun işdən çıxarılması Türkiyə mediasının manşet xəbəri oldu



Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsi Türkiyə mediasının manşet xəbəri olub.

AzNews-ın məlumatına görə, bu baxımdan Türkiyənin "Yeni Şəfəq" qəzetində "Əliyev Gülən camaatının əsas üzvünü vəzifədən azad etdi" başlıqlı yazısı daha çox diqqət çəkir. Qəzet yazır ki, Azərbaycan mediasında uzun müddətdir müzakirənin nəticəsi olaraq nurçuları Azərbaycanda himayə edən əsas şəxslərdən biri vəzifəsindən azad edilib: "Azərbaycanın nüfuzlu xəbər portallarında Türkiyədəki son proseslərin Azərbaycana da təsir etdiyi haqda xəbərlər geniş yer alırdı. Mediada daimi olaraq gedən silsilə yazılarda Gülən camaatının Azərbaycandakı əsas himayədarı Elnur Aslanovun olduğu bildirilir. Türk həmkarlarımız həmçinin, qeyd edir ki, Azərbaycanın Türkiyədəki baş konsulu Həsən Zeynalovun Prezident Aparatı və Xarici İşlər Nazirliyinə göndərdiyi hesabatda yüksək çinli Azərbaycan məmurlarının nurçu şəbəkəsi ilə əlaqəli olduğu haqda xəbərlər yer alır".

İlqar
AzNews.az
Bağla X