21:29
(077) 610-22-33

Ukraynanın şərqində gərginlik: Silahlı müqavimət başlandı

  • >
6 740 18 Mart 2014 09:42 | Region


Ukraynanın Donbas vilayətində mərkəzi hakimiyyətə qarşı çıxan rusdilli separatçı qruplar silahlanmağa başlayıb.

AzNews.az-ın məlumatına görə, artıq Donbasda blokpostlar qurulub və bu vilayətin bəzi mərkəzi avtomobil yollarını əhatə edib. Postlar "Donbasın xalq dəstələri" və "Faşistləri durdurun" adlı separatçı qruplar tərəfindən təşkil olunub.

Təşkilatçılardan olan Serqey Kovalçuk deyib ki, onlar bununla Ukrayna ordu birləşmələrinin Rusiya sərhəddinə yaxınlaşmasının qarşısını almaq istəyirlər.

Artıq vilayətin Anadol, Artyemovski, Qorlovka qəsəbələri istiqamətindən keçən magistral yollarda postlar qurulub. Separatçılar təəssübkeşlərdən kömək də istəyiblər.

Ukraynanın şərqindəki gərginliklə bağlı VİDEONU buradan izləyə bilərsiniz.

AzNews.az
Bağla X