12:33
(077) 610-22-33

Ukraynadan dünya ölkələrinə çağırış: “Krımın müstəqilliyini tanımayın”

  • >
973 18 Mart 2014 10:18 | Region

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) dünya ölkələrinə müraciət edərək, Krımın müstəqilliyini tanımamağa çağırıb.

AzNews.az-ın Ukrayna XİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Krım Muxtar Respublikasının hazırkı rəhbərliyi və martın 16-da burada keçirilən referendum qanunsuz olduğu qeyd olunub.

Müraciətdə vurğulanıb ki, Krımın müstəqilliyinin elan olunması, referenmdumun keçirilməsi və burada separatçı qrupların fəallaşdırılması Rusiya Federasiyasının Ukraynaya qarşı təzyiq vasitəsidir: "Rusiya bu əməli ilə bəlli edir ki, adıçəkilən dövlət bütün dünya üçün nüvə silahına sahib ölkə kimi təhlükəlidir. Bu da bütün dünyada sülhə və sabitliyə ciddi təhlükə yaradır".

XİN beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı işğalçılıq əməllərini durdurmaq üçün dəstək göstərməyə də çağırıb.

Məhəmməd
AzNews.az
Bağla X