Doku Umarov “yenidən“ öldü

Çeçen yaraqlıların lideri Doku Umarov ölüb.

Bu xəbəri çeçen separatçılarının saytı "kavkaz-center" yayıb.

Saytın yaydığı xəbərə görə Doku Umarov şəhid olub. Lakin onun necə həlak olmağı barədə heç bir məlumat verilmir.
Doku Umarovun ölümü ilə bağlı Rusiya Milli Antiterror Komitəsi də açıqlama verib: "Umarovun ölümü ilə haqda bizdə heç bir informasiya yoxdur".

Xatırladaq ki, bir müddət əvvəl Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov çeçen yaraqlılarının lideri Doku Umarovun öldüyünü bəyan etmişdi.

Qeyd edək ki, Doku Umarov 2006-cı ildən çeçen separatçılarına liderlik edir. Rusiya hökuməti onun öldürüldüyü barədə dəfələrlə xəbər yaymışdı. Lakin sonradan məlum olmuşdu ki, o, sağdır.(ANS)