12:58
(077) 610-22-33

Ukraynanın müdafiə naziri: “Krımı tərk etməyəcəyik”

  • >
1 011 19 Mart 2014 12:51 | Region


"Ukrayna Ordusunun Krımda yerləşən hərbi birləşmələri bölgəni tərk etməyəcək".

AzNews.az-ın məlumatına görə, bu açıqlama ilə Ukrayna müdafiə naziri İqor Tenyux çıxış edib.

O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin yarmadaya müdaxiləsinə baxmayaraq, Ukrayna hərbi hissələri Krımdan çıxmayacaq.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Dmitriy Peskov BBC-yə açıqlamasında deyib ki, Krımda xidmət aparan ukraynalı həbrçilər yarmadanın ərazisini sərbəst şəkildə tərk edə bilərlər: "Ukraynalılar Krımın hərbi qüvvələrinə də qoşula bilərlər. Əgər bu təkliflə razı deyillərsə, rahat şəkildə Krımdan çıxmalarına şərait yaradılacaq".

Xatırladaq ki, Krımın Rusiya tərkibinə daxil edilməsi ilə bağlı ötən gün Moskvada keçirilən imzalanma mərasimindən sonra yarmadada vəziyyət gərginləşib. Artıq tərəflər arasında silahlı insidentlərin sayı artıb. Qarşıdurma zamanı 2 nəfər ölüb, 2-si isə yaralanıb. Rusiya isə bölgədə hərbi arsenalını artırmaqda davam edir.

AzNews.az
Bağla X