16:47
(077) 610-22-33

Fələstin də Rusiya birləşmək istədi

  • >
1 819 20 Mart 2014 14:16 | Region

Qəzza Sektorunun rus icması Rusiyaya birləşməklə bağlı Haniyə hökumətinə müraciət etməyə hazırlaşır.

"Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, icma üzvləri qüvvədə olan konstitusiyaya istinad edərək, referendumun keçirilməsinin onların hüququ olduğunu açıqlayıblar. Hazırda Qəzza bölgəsində 50 minə yaxın Rusiya vətəndaşının yaşadığı deyilir. İcmadan verilən məlumatda deyilir: "Moskva ölkə sərhədlərindən kənarda yaşayan vətəndaşlarının, soydaşlarının hüquqlarının qorunması üçün lazımı tədbiləri görəcəyini bəyan edib. Bildirmək istərdik ki, illərdir İsrailin hədə-qorxusu altında yaşayırıq. Davamlı müharibələr zamanı yüzlərlə Rusiya vətəndaşı qətlə yetirilib. İsrailin mühasirəsi bizi cana gətirib".

İcma aktivistləri həmçinin bildiriblər ki, Rusiyanın tərkibinə keçməklə bağlı ideya günün tələbidir: "Əgər Qəzza Rusiyanın tərkibinə keçərsə, mükəmməl sərhədlərimiz qurular. Bu zaman sionist İsrail bizmlə hörmətlə danışar". Məkan etibarı ilə Rusiya ilə Qəzzanı uzun məsafənin ayırması məsələsinə gəlincə isə, icma üzvləri bunu problem saymayıblar: "Məgər Qibraltar və Folklen adaları Britaniyaya yaxın ərazilərdə yerləşir? Məsəfə məsləsi problem deyil".

AzNews.az
Bağla X