18:32
(077) 610-22-33

Tanınmış aparıcının beyninə qan sızdı

  • >
3 166 22 Mart 2014 08:46 | Region

AzNews.az xəbər verir ki, Türkiyədə xeyli tamaşaçı rəğbəti qazanan "Kim milyonçu olmaq istəyər" telemüsabiqəsinin aparıcısı Kənan İşığın beyninə qan sızıb.

67 yaşlı məşhur teleaparıcı dərhal "Amerikan" xəstəxanasına çatdırılıb. Təcili olaraq əməliyyat şöbəsinə alınan aparıcının üzərində həkimlər 4 saat cərrahiyyə aparıblar. Kənan İşığın vəziyyəti barədə xəstəxana yazılı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hazırda reanimasiya şöbəsində olan aktyorun həyatı üçün təhlükə davam edir.

"Saat 14.29-da huşsuz vəziyyətdə xəstəxanamızın təcili yardım şöbəsinə gətirilib. Beyninə qan sızdığı müəyyən edilərək dərhal əməliyyat olunub. Həyatı üçün təhlükənin davam etdiyi aktyorun müalicəsi reanimasiya şöbəsində davam edir".

Xəyalə
AzNews.az
Bağla X