21:51
(077) 610-22-33

Rusiya ordusu Ukraynaya məxsus hərbi gəmini ələ keçirdi - FOTO

  • >
734 23 Mart 2014 07:30 | Region

Rusiya ordusu və Krımın "özünümüdafiə qüvvələri" Ukraynaya məxsus "Slavutiç" hərbi gəmisini ələ keçiriblər.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib.

Məlumata görə, gəminin üzərində Rusiya bayrağı qaldırılıb.

Seleznev Sevastopoldakı mənbələrə istinadən bildirib ki, hücum iki saat davam edib.

"Heyət üzvləri arasında xəsarət alan yoxdur. Gəminin şəxsi heyəti sahilə enib", deyə o bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri tərkibində "Slavutiç" idarəetmə gəmisi olub, yəni komandanlıq tərəfindən flaqman gəmisi kimi istifadə olunub.

AzNews.az
Bağla X