"Suriyada ərazimizi qorumağa hazırıq"- Davudoğlu

Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə hərbçiləri Süleyman Şah türbəsinə istənilən hücumu dəf etmək niyyətindədir. "Bizim silahlı qüvvələrimiz hadisələrin istənilən inkişafına hazırdır", - nazir deyib.

Məqbərə və onun ətrafı Suriya ərazisində türk eksklavıdır və Türkiyə hərbçiləri onu qoruyurlar. Hazırda türbə yerləşən kənd, "Əl-Qaidə" ilə bağlı "İraq İslam dövləti və Levant" (İİDL) qruplaşmasının yaraqlılarının əlinə keçib.

AzNews.az