16:01
(077) 610-22-33

İrəvan məktəbliləri tamaşadan sonra artistləri döydülər

  • >
1 092 27 Mart 2014 18:23 | Region


İrəvanda Gənc tamaşaçılar teatrının artistlərini şəhər məktəblərindən birinin şagirdləri döyüblər.

AzNews.az Press.am - a istinadən xəbər verir ki, Aleksandr Şirvanzadənin "Artist" əsəri oynanılarkən tamaşaçıların səs - küy salmasına görə tamaşa bir - neçə dəfə saxlanılıb - aktyorlar sadəcə olaraq mətni oxuya bilmədiklərinə görə rollarını oynaya bilməyiblər.
Dava salan şagirdlərin müəlliminin sözlərinə görə baş verənlərə yeniyetmələr reaksiya verməyiblər. Teatr qurtarandan sonra artistlərdən biri şagirdlərə yanaşıb və onlara əxlaqsız sözlər deyib. Bundan sonra uşaqlar komanda ilə artistə hücum ediblər və köməyə gələn kolleqalarını da ona qatıblar.

Öz növbəsində GTT - nın direktoru Ayk Xeranyan bildirib ki, teatrda belə konfliktlər tez - tez olur.

Azər
AzNews.az

Bağla X