Ərdoğanın mitinqindən sonra 1 nəfər silahla vuruldu

Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) seçki təbliğat kampaniyası çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın Vanda keçirdiyi mitinqindən sonra kütləvi dava düşüb.

ANS PRESS-in məlumatına görə, mitinq başa çatandan sonra PKK-nın siyasi qanadı hesab dilən BDP tərəfdarları ilə AKP tərəfdarları arasında dava düşüb.

Kütləvi dava nəticəsində 26 yaşlı Kadir İnan adlı bir nəfər naməlum istiqamətdən odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Hadisə yerinə gələn həkimlər yaralını dərhal xəstəxanaya yerləşdiriblər.

Polis qüvvələri hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirlərini artırıb və hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bundan başqa kütləvi dava nəticəsində iki nəfər də xəsarət alıb.

AzNews.az