17:34
(077) 610-22-33

Rusiya Ukrayna silahından imtina etdi- Krımda

  • >
659 28 Mart 2014 14:44 | Region

Rusiya Krımda ələ keçirdiyi hərbi texnikanı Ukraynaya qaytarır.

AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya müdafiə naziri Serqey Şoyqu deyib ki, bununla bağlı ölkə prezidenti Vladimir Putin xüsusi tapşırıq imzalayıb.

S. Şoyqu bildirib ki, Krımdakı hərbi hissələrin tutulması zamanı Rusiya Ordusunun nəzarətinə keçən silahların Ukraynaya verilməsi prosesinə artıq başlanılıb: "Bura gəmi və aviasiya qüvvələri də aiddir".

O qeyd edib ki, artıq bir çox hərbi hissələrdə dövlət simvolları dəyişdirilərək, Rusiyaya məxsus atributlarla əvəzlənib: "Bu proses zamanı Ukraynanın dövlət atributlarına qarşı hər hansı hörmətsizlik edilməyib".

AzNews.az
Bağla X