05:12
(077) 610-22-33

Aeroportda 3 Ermənistan vətəndaşı saxlanıldı

  • >
952 28 Mart 2014 18:28 | Region

Ukraynanın paytaxtı Kiyevin "Borispol" hava limanında nəzarət-buraxılış məntəqəsinin əməkdaşları Romaya getmək istəyən 3 Ermənistan vətəndaşını saxlayıb.

Saxlanılan ermənilərin sənədləri yoxlanılıb. Məlum olub ki, onların Ukraynada qalmaq üçün qeydiyyat müddətinin vaxtı bitib və Yunanıstanda mülk sahibi olmaq üçün saxta sənəd də düzəldiblər.

Günorta saatlarında isə "Borispol" hava limanında nəzarət-buraxılış məntəqəsinin əməkdaşları özünü şübhəli aparan, İstanbuldan gələn 47 yaşlı sərnişini də saxlayıb. O, Latviya vətəndaşı olduğu qeyd edilən sənədi əməkdaşlara təqdim etsə də, sənədin saxta olduğu üzə çıxıb.

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs Gürcüstan vətəndaşıdır. O, 800 dollar dəyərində olan sənədlərlə İsveçin paytaxtı Stokholma getmək istəyirmiş.

Hava limanın əməkdaşları Gürcüstan vətəndaşını geriyə göndərib.(ANS)
Bağla X