16:00
(077) 610-22-33

“Vətən həsrətimi içimdə boğub, qalmağı seçirəm“- Gülən

  • >
2 962 29 Mart 2014 09:13 | Region

Türkiyədə son dövlərdə hökumətlə qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən İtaliya mətbuatına bir sıra açıqlamalar verib.

Anspress-in xəbərinə görə, Fəthullah Gülən İtalyanın məşhur "La Repubblica" qəzetində ona verilən sualları cavablandırıb. Qəzetin Türkiyə və Orta şərq mütəxəssisi Marko Ansaldo tərəfindən götürülən xüsusi reportaj, "Baş nazirin gücünü kökündən sarsıdan nüfuzlu din xadimi danışdı" başlığıyla verilib.

Gülən reportajda səhhətilə, Türkiyəyə nə vaxt qayıdacağı ilə bağlı verilən sualı bu cür cavablandırıb: "Səhhətim ilə əlaqədar olaraq buranı daha əlverişli görürəm. Türkiyəyə qayıdacağım halda, bəzilərinin bundan sui-istifadə edib ölkədəki gərilmiş vəziyyəti daha da pisləşdirməsindən narahatam. 28 fevral hadisələri zamanı media vasitəsilə bir sıra böhtanlara, hüquqi təcavüzə məruz qaldım. Bu iddiaların bir əsli-astarı olmadığı aydın oldu. Bu gün də təəssüf ki, yenə media diliylə min cür böhtanlar atılır, qara yaxma kampaniyası gedir. Bu şərtlər altında həkimlərin tövsiyələrinə uyğun gələrək burada qalmağı üstün tuturam."

Daha sonra Fəthullah Gülən Türkiyədə problemin həlli üçün min dəfə ölməyə hazır olduğunu deyib:

"Türkiyənin məruz qaldığı bu problemlərin mənim vefatımla həll ediləcəyini bilsəm, hər gün min dəfə ölməyə razıyam. Türkiyədə dinclik və sakitliyi pozanların əlinə yeni bir fürsət verməmək üçün vətən həsrətimi içimdə boğub, burada qalmağı seçirəm."

Qeyd edək ki, 2000-ci ildə Fəthullah Gülən haqqında cinayət işi açılıb. O, Türkiyə Cümhuriyyətini yıxmaq üçün silahsız terror dəstəsi qurmaqla günahlandırılır.

AzNews.az
Bağla X