10:23
(077) 610-22-33

Nurçuların həbsi başladı - FOTO

  • >
3 885 29 Mart 2014 11:03 | Region

Hərəkatın media sahəsində olan şəxsləri bir-bir həbs olunur.

AzNews.az "Axar.az"-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki təhlükəszlik toplantısında gedən danışıqları dinləyərək internetə sızdırdığına görə Gülən hərəkatına qarşı əməliyyat başlayıb. Dövlət sirlərini dünya ictimaiyyətinə çatdıran Gülən hərəkatının media sahəsindəki üzvləri bir-bir həbs olunur.

Aytac, Baransu və Opçin

Məlum dinləmənin internetə sızdırılmamışdan əvvəl bir televiziya proqramındakı çıxışında nazirlikdəki toplantıdan xəbəri olduğunu deyən Öndər Aytacın Ankarada həbs edildiyini xəbər vermişdik. Öndər Aytacdan sonra isə hərəkatın mediadakı ciddi simaları olan Məhmət Baransu və Tuncay Opçin də həbs olunub.

Əmrə Uslu qaçdı

Hakkında yaxalanma qərarı çıxarıldığı bildirilən digər jurnalist Əmrə Uslu yaxalanacağı xəbərini eşidərək xaricə qaçdığı iddia edilib.

Vətənə xəyanət

Xatıladaq ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan isə Van və Diyarbəkir mitinqlərində bu qanunsuz dinləmələrdə əli olanların vətənə xəyanət etməkdə mühakimə olunacaqlarını demişdi.

AzNews.az
Bağla X